525.Az

"Cənub Qaz Dəhlizi" layihəsi də "Əsrin müqaviləsi" kimi uğurla öz hədəflərinə çatacaq"


 

"Cənub Qaz Dəhlizi" layihəsi də "Əsrin müqaviləsi" kimi uğurla öz hədəflərinə çatacaq"<b style="color:red"></b>

"Cənub Qaz Dəhlizi" layihəsi və onunla bağlı bir neçə gün öncə Bakıda çox yüksək səviyyəli toplantının-Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci yığıncağının keçirilməsi çox mühüm hadisədir".

Bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov dilə gətirib.
 
O, deyib ki, "Cənub Qaz Dəhlizi" Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək:

"Bu layihə bütövlükdə Avropanın iqtisadi coğrafiyasını, enerji xəritəsini dəyişməyə qadir olan bir layihədir". 

Millət vəkili onu da deyib ki, bu layihə Azərbaycanın regionda və dünyada iqtisadi gücünü artırmaqla yanaşı, siyasi nüfuzunu da artıracaq.

"Cənub Qaz Dəhlizi" layihəsi nəinki regionun, bütövlükdə Avropanın iqtisadi çoğrafiyasını, iqtisadi, xüsusilə, enerji xəritəsini dəyişə biləcək çox möhtəşəm layihədir".

Bunu isə iqtisad elmləri doktoru, professor, millət vəkili Eldar İbrahimov dilə gətirib.
 
E. İbrahimovun sözlərinə görə, bu layihə əsası ötən əsrin 90-cı illərin əvvəllərində qoyulmuş uğurlu neft strategiyasının məntiqi davamı və tərkib hissəsidir.

O, deyib ki, heç təsadüfi deyil ki, "Cənub Qaz Dəhlizi" layihəsini "Əsrin müqaviləsi" ilə eyniləşdirirlər, ona bərabər tuturlar.

"Mərhum prezident Heydər Əliyev tərəfindən çox qısa zamanda uğurlu neft-qaz strategiyasının əsası qoyuldu. Bu strategiyanın da başlanğıcı, bugünkü uğurlarımızın, nailiyyətlətimizin rəhni, şah əsəri sayılan tarixi "Əsrin müqaviləsi" oldu. Bununla Azərbaycan nəinki bölgənin, yerləşdiyi regionun, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm aktorlardan birinə çevrildi.

Heç təsadüfi deyil ki, bu gün Azərbaycanın iştirakı və razılığı olmadan regionda heç bir layihə həyata keçirilmir və ya keçirilə də bilməz. Yəni, Azərbaycan artıq sözə, ələ baxan dövlət yox, söz, nüfuz sahibi olan, qərar verən ölkədir. Bu baxımdan, TAP, TANAP kimi layihələr də uğurlu neft strategiyasının, müstəqil Azərbaycan dövlətinin çox uğurlu iqtisadi və siyasi kursunun  məntiqi davamı və təırkib hissəsi sayıla bilər.

Təsadüfi deyil ki, "TANAP"-ı 21-ci əsrin "Əsrin müqaviləsi" sayırlar. Əgər 20-ci əsrin sonlarında "Əsrin müqaviləsi" kimi tarixi uğura imza atmışdıqsa, 21-ci əsrin əvvəllərində  heç də ondan geri qalmayan "Cəbub Qaz Dəhlizi"-"TANAP" kimi böyük bir uğura imza atdıq. Bunlar da elə-belə baş vermədi.

Bunlar hamısı ölkə rəhbərliyinin, xüsusilə, ölkə Prezidenti İlham Əliyevin qətiyyəti, möhkəm iradəsi, uzaq gələcəyə hesablanmış siyasəti nəticəsində mümkün oldu. Özünüz də şahidsiniz ki, Azərbaycanın imza atdığı hər bir uğur necə böyük qısqanclıqla qarşılanır. Uğurlarımız dostlarımızı sevindirdiyi kimi, əleyhidarlarımızı da bir o qədər qıcıqlandırır, kədərləndirir.

Onlar hər vəhclə çalışırlar ki, Azərbaycanın uğurları qarşısına sədd çəksinlər, onu tutuduğu müstəqil siyasətdən uzqalaşıdırsınlar. Ancaq hər dəfə də uğursuzluğa düçar olurlar, Azərbaycan isə qətiyyətlə, uğurdan uğura doğru addımlayır.

Ona görə, bir daha qeyd edirəm ki, "Cənub Qaz Dəhlizi" də bizim böyük uduşumuz və uğurumuzdur. Bununla Azərbaycan  regionda, bütövlükdə Avropada və dünyada həm iqtisadi, həm də siyasi cəhətdən öz nüfuzunu, çəkisini daha da artırmış olacaq".

E. İbrahimov bu baxımdan hesab edir ki, cəmi bir necə gün öncə Bakıda baş tutan toplantı - "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin yığncağı öz səviyyəsinə və əhəmiyyətinə görə çox mühüm tarixi tədbir sayıla bilər:

"Bu toplantının keçirilməsi və sonda məlum Bəyannamənin ortaya qoyulması bir daha "Cənub qaz Dəhlizi" layihəsinin uğurla sonuclandırılacağından xəbər verir. Bütün açıq-gizli maneələrə baxmayraq, Azərbaycan iştirakçısı və təşəbbüsçülərindən olduğu bu layihəni də uğurla həyata keçirəcək, necə ki, "Əsrin müqaviləsi" yolundakı bütün maneələri səbrlə, mətanətlə dəf etmək mümkün oldu, "TANAP"-la da bağlı eyni səbr, eyni qətiyyət, eyni iradə ortaya qoyulacaq, nümayiş etdiriləcək".

Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, istər "Cənub Qaz Dəhlizi" layihəsi, istərsə də Məşvətət Şurası çərçivəsində nazirlərin bugünlərdə Bakıda baş tutan növbəti toplantısı  Avropa ilə Azərbaycan arasında siyasi-iqtisadi telləri möhkəmləndirən çox ciddi hadisədir:
 
"Azərbaycan bu toplantı, bütövlükdə "Cəbub Qaz Dəhlizi"nin reallaşması istiqamətində göstərdiyi qətiyyəti, iradəsi ilə bir daha özünün regionda və dünyada necə böyük önəm kəsb etdiyini, hansı nüfuz və necə mühüm söz sahibi olduğunu bir daha nümayiş etdirdi".
Bu baxımdan E. Səlimov da bir çox tanınmış ekspertlər və deputat həmkarları kimi “Cənub Qaz Dəhlizi”ni öz əhəmiyyətinə görə “Əsrin müqaviləsi”nə bərabər bir layihə hesab edir:
 
"Buna heç kimin şübhəsi olmasın, bunu hətta "XXI əsrin layihəsi” də adlandırmaq olar. Bunun üçün də bütün əsaslar mövcuddur. Çünki bu layihə yerləşdiyimiz regionla yanaşı, Avropanın da enerji xəritəsinə çox böyük təsir göstərə, onun dəyişə biləcək bir layihədir".

Millət vəkilinin dediyinə görə, “Cənub Qaz Dəhlizi” ilə bağlı Bakıda təşkil olunan ikinci toplantı öz tərkibinə və səviyyəsinə görə birinci tədbirdən seçilir.

"Sonuncu toplantıda ona yaxın dövlətdən olan nazirlərin, o cümlədən, Avropa İttifaqının xarici siyasət komissarının iştirakı tədbirin, bütövlükdə "Cənub Qaz Dəhlizi"nin tərəflər üçün daşıdığı əhəmiyyətin göstəricisidir.

Toplantının sonunda mzalanmış Bəyannamə isə bir daha təsdiq edir ki, “Şahdəniz-1” və “Şahdəniz-2” layihələri üzrə hasil ediləcək Azərbaycan qazının Avropaya nəqli məsələsinin tezliklə reallaşması iştirakçı ölkələrin prioritet məsələsidir.

Bir sözlə, Azərbaycan bu günə kimi təşəbbüsçüsü və iştirakçısı olduğu layihələri necə uğurla həyata keçiribsə, "Cənub Qaz Dəhlizi" layihəsinin də eynilə o cür uğurla həyata keçirilməsində  qətiyyətini göstərəcək".

Kamil HƏMZƏOĞLU

 





03.03.2016    çap et  çap et