525.Az

Orxan Fikrətoğlu BAMF-ın fəxri diplomuna layiq görüldü


 

Orxan Fikrətoğlu BAMF-ın fəxri diplomuna layiq görüldü<b style="color:red"></b>

Yazıçı-jurnalist Orxan Fikrətoğlu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) fəxri diplomuna layiq görülüb.

Fonddan 525.az-a verilən məlumata görə, mükafatı BAMF-ın sədri Umud Mirzəyev təqdim edib.

U.Mirzəyev bildirib ki, Orxan Fikrətoğlu Azərbaycanda publisistika, rejissura, kino işi və media sahəsinin tərəqqisi və populyarlaşdırılmasında oynadığı vacib rola, bu istiqamətində göstərdiyi dəstəyə görə bu mükafatla təltif olunub.

O.Fikrətoğlu isə 50 illik yubileyi ərəfəsində belə bir diploma layiq görülməsini özü üçün çox xoş hadisə adlandırıb.

O, fəaliyyətini yüksək qiymətləndirdiklərinə görə BAMF-ın sədri və bütün kollektivinə öz minnətdarlığını bildirib.  

Qeyd edək ki, Orxan Fikrətoğlu 80-ci illərdən kino, publisistika və media sahəsində fəaliyyət göstərir. Onun bu günədək mətbuatda yüzlərlə publisistik yazıları, povestləri, hekayələri çap edilib. Əsərləri müxtəlif ölkələrdə işıq üzü görüb. Onun yazdığı ssenarilər əsasında Azərbaycanda, Türkiyə və Özbəkistanda bir neçə film çəkilib.

Beynəlxalq Yalta kinofestivalının ilk ali mükafatçısı olan Orxan Fikrətoğlu çoxlu sayda bədii nəsr kitabının, üç publisistik kitabın da müəllifidir. Hekayələri “Dünya Nəsr Antologiyasına” düşüb. 

Hazırda Mədəniyyət və Turizm nazirliyinin nəzdindəki “Salnamə” sənədli filmlər studiyasının baş redaktorudur. Azad Azərbaycan telekanalında layihə rəhbəridir.

 





03.03.2016    çap et  çap et