525.Az

"Əmanətlərin sığortalanması ilə bağlı qanunun qəbulu inqilabi addımdır"


 

"Əmanətlərin sığortalanması ilə bağlı qanunun qəbulu inqilabi addımdır"<b style="color:red"></b>

"Ölkə prezidenti İlham Əliyev dünən bir sıra vacib sənədlər, fərmanlar imzaladı. Onlardan da biri "Əmanətlərin tam sığırtalanması haqqında" qanunun qüvvəyə minməsi ilə bağlı verilən fərman idi".
 

Bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə sözügedən komitənin martın 2-də keçirilən iclasında deyib.
 
Onun sözlərinə görə, həmin qanun və onunla bağlı verilən fərman tarixi bir qərardır:

"Dövlət başçısı dünyada qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, Azərbaycan əhalisinin sosia-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atır. Bu addımlardan biri də əmanətlərin tam sığortalanması ilə bağlı qanun layihəsinin müzakirələrə təqdim edilməsi idi. 

Prezident belə bir təşəbbüslə çıxış etdi, biz də həmin qanun layihəsini qəbul etdik. Bununla da ölkədə əhalinin depozitləri tam qorunmuş olur.

Ümumiyyətlə, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, belə bir qanun var. Onu da qeyd edim ki, bu qanun icrası ilə bağlı dövlət başçısı tərəfindən artıq aidiyyatı strukturlara müvafiq tapşırıqlar verilib".

Sözügedən komitənin üzvü Vahid Əhmədov da adıçəkilən qanunun və onun qüvvəyə minməsi ilə bağlı fərmanın verilməsini çox mühüm addım kimi qiymətləndirib.
 
"Bildiyiniz ki, manatın devalvasiyasından, "üzən məzənnəyə" keçilməsindən sonra ölkənin bank sektorunda da ciddi problemlər yarandı. Eyni zamanda, banklarla əhali arasında bir sıra problemlər üzə çıxdı. Odur ki, belə bir sənədin qəbulu, müvafiq fərmanın verilməsi bank sisteminin sağlamlaşdırılmasına kömək edəcək. Həmçinin, insanların banklara olan etibarını artıracaq.

Çünki əgər əvvəllər yalnız 30 min manat miqdarında vəsait sığortalanırdısa, bundan sonra burada məhdudiyyət olmayacaq və fors-major situasiya yarandığı təqdirdə də,  əhalinin əmanətləti dövlət tərəfindən, daha doğrusu, Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılacaq".

Kamil HƏMZƏOĞLU

 

 





03.03.2016    çap et  çap et