525.Az

Gömrük bəyannamələrində göstərilən dəyərin 3 faizi sahibkarlara ödəniləcək


 

Gömrük bəyannamələrində göstərilən dəyərin 3 faizi sahibkarlara ödəniləcək<b style="color:red"></b>

"İxracın stimullaşdırılması ölkə başçısının həyata keçirdiyi iqtisadi strategiyanın əsas tərkib hissəsidir".

Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Nazir müavini deyib ki, ölkə başçısının ötən gün imzaladığı qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman da qeyri-neft sektoruna verilən əlavə dəstəkdir.
 
Onun sözlərinə görə, əsas məqsəd ondan ibarətdir ki, qeyri-neft məhsullarının ixracı zamanı gömrük bəyannamələrində göstərilən dəyərinin 3%-i dövlət vəsaiti hesabına sahibkarlara ödəniləcək.

"Təbii ki, bu, sahibkarlarımız üçün əlavə stimul və dəstəkdir. Bu cür tədbirlər həmin sahibkarların istehsal etdiyi məhsulların rəqabətqabiliyyətliliyini artıracaq".

Kamil HƏMZƏOĞLU

 





03.03.2016    çap et  çap et