525.Az

Azərbaycan СAR-da keçirilən Beynəlxalq Balet Festivalında - Fotoreportaj


 

Azərbaycan СAR-da keçirilən Beynəlxalq Balet Festivalında - <b style="color:red">Fotoreportaj</b>

Cənubi Afrika Respublikasının Keyp-Taun şəhərində Cənubi Afrika Beynəlxalq Balet Festivalı keçirilib.

Azərbaycanın CAR-dakı səfirliyindən “525”ə verilən xəbərə görə, iki ildən bir təşkil olunan festivalda ölkəmizi Akademik Opera və Balet Teatrının artisti, balet truppasının aparıcı solisti Anar Mikayılov təmsil edib. O, müsabiqənin yekununda mükafatçılar sırasında yer alıb.

Festivalda baleronumuzun ifasında ilk Azərbaycan baleti və müsəlman şərqində ilk balet olan, musiqisi və librettosu Əfrasiyab Bədəlbəyliyə aid “Qız Qalası”, musiqisi Qara Qarayevə aid “Yeddi Gözəl” və Arif Məlikov tərəfindən bəstələnmiş “Məhəbbət əfsanəsi” baletlərindən parçalar nümayiş etdirilib. 

Yarışmada Azərbaycan baletlərindən parçalar milli baleronumuzla yanaşı, Cohannesburg şəhərində yaşayan azərbaycanlı xareoqraf Azər Mirzəyevin bədii rəhbərliyi və CAR-dakı Səfirliyimizin təşkilati dəstəyi ilə fəaliyyət göstərən “Yurd” rəqs ansamblının solistlərindən olan cənubi afrikalı Tatho Nkwenin ifasında da nümayiş etdirilib.

Qeyd edək ki, 16 ölkədən olan 70-dən çox balet ifaçısının qatıldığı festivalda ilk dəfə olaraq ölkəmiz təmsil olunub, milli musiqilərimiz səsələndirilib və təmsilçilərimizin iştirakı auditoriya və təcrübəli jüri heyəti tərəfindən böyük maraqla qarşılanıb.

Münsiflər heyətinin son dərəcə yüksək səviyyədə olması ilə seçilən bu ilki festivalda iştirakçıların çıxışları Xuilo Bokka, Karolina İura, Valentina Kozlova və Bricit Lefevr kimi dünya şöhrətli balet ustaları tərəfindən qiymətləndirilib.

 





03.03.2016    çap et  çap et