525.Az

Latviyanın sabiq prezidentləri Azərbaycana gəlir


 

Latviyanın sabiq prezidentləri Azərbaycana gəlir<b style="color:red"></b> Latviya Respublikasının sabiq prezidentləri Vaira Vike-Frayberqa və Valdis Zatlers Bakıya səfərə gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd IV Qlobal Bakı Forumunda iştirak etməkdir.

Martın 10-11-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək forumun mövzusu “Çoxqütblü dünyaya doğru”dur.

Vaira Vike-Frayberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədridir. 1999-2007-ci illər ərzində iki dəfə  Latviya Respublikasının prezidenti seçilən Vaira Vike-Frayberqa 2013, 2014, 2015-ci illərdə Qlobal Bakı Forumlarında iştirak edib.
 
Bundan başqa Qlobal Forumlara hazırlıq məqsədi ilə keçirilən hazırlıq görüşlərinə qatılıb.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Valdes Zatler isə 2007-2011-ci illərdə Latviya Respublikasına rəhbərlik edib. Sabiq Prezident ötən il ölkəmizdə keçirilmiş III Qlobal Bakı Forumunda iştirak edib.
 





03.03.2016    çap et  çap et