525.Az

Çexiya prezidenti üzr istəməlidir


 

Çexiya prezidenti üzr istəməlidir<b style="color:red"></b>

Çexiya Prezidentinin Dəftərxanası jurnalist Ferdinand Peroutkanın nəvəsindən üzr istəməli olacaq.

Belə ki, bir il əvvəl Osventsimin azad edilməsinin 70 illiyi ilə əlaqədar çıxışında prezident Miloş Zeman iddia edib ki, Ferdinand Peroutka “Hitler centlmendir” məqaləsini qələmə alıb.

Dövlət başçısı deyib ki, jurnalist Hitlerə rəğbət bəsləyib və buna dəlil kimi həmin məqaləni göstərib. Məşhur yazarın təhqir olunmuş nəvəsi Tereziye Kaslova üzrxahlıq tələb edib və sonradan məhkəməyə şikayət ərizəsi verib.

Prezident administrasiyasının Miloş Zemanın guya şəxsən gördüyü məqaləni tapmaq cəhdi uğursuzluğa uğrayıb. Mütəxəssislər isə sübut ediblər ki, belə bir məqalə yerli-dibli yoxdur.

Bu gün məhkəmə Kaslovanın xeyrinə qərar çıxarıb. Hakim Katerjina Sedlakova məhkəmə iclasında bildirib ki, prezident dəftərxanası Miloş Zemanın iddiasını təsdiqləyən heç bir sübut təqdim etməyib.

Praqa Qradının hüquq məsləhətçisi Marek Nespala məhkəmə protestinin xitam verilməsi, yaxud ərizənin rədd edilməsi haqqında vəsatət qaldırıb.

O, mövqeyini belə izah edib ki, Prezident Dəftərxanası dövlət başçısının çıxışına görə məsuliyyət daşıya və onları dəyərləndirə bilməz.

Hüquqşünas buna istinad edir ki, Miloş Zeman bütün çıxışlara təklikdə hazırlaşır, onlar yazılı şəkildə tərtib edilmir. Bundan əvvəl prezident Zeman bildirib ki, əgər Ferdinand Peroutkanın məlum məqaləsi tapılmazsa, şəxsən üzr istəyəcək. Lakim o bunu etməyib.

Məhkəmə qərarını şərh edən Terezie Kaslova deyib: “Yaxşı olardı ki, Prezident Zemanın özü üzr istəsin. O özü dəfələrlə deyib ki, “kişi olan şəxs üzr istəməyi bacarmalıdır”. Lakin əlbəttə, Prezidentin yerinə kiminsə üzr istəməsi belə məni qane edər“.

Məhkəmə qərarı hələ qüvvəyə minməyib. Prezidentin mətbuat katibi İrji Ovçaçek dəftərxananın məhkəmə qərarından şikayət etməsini gözləyir. Amma nə Miloş Zeman, nə də onun mətbuat katibi bugünkü prosesdə iştirak etməyiblər.

AzərTAc

 





03.03.2016    çap et  çap et