525.Az

Bakı Dövlət Universitetində Nəriman Həsənzadə ilə görüş


 

Bakı Dövlət Universitetində Nəriman Həsənzadə ilə görüş<b style="color:red"></b> Əməkdar incəsənət xadimi, Xalq şair Nəriman Həsənzadə Bakı Dövlət Universitetində olub.

BDU ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, rektor Abel Məhərrəmov qonağı bu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib.

Daha sonra Xalq şairi Nəriman Həsənzadə filologiya fakültəsinin müəllim-tələbə heyəti ilə görüşüb.

Tədbiri açan filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev tələbələr tərəfindən sevgi və hörmətlə qarşılanan şairin həyat və yaradıcılığı barədə məlumat verib.
 
Tədbirdə professorlar - Abdulla Abasov və Əyyub Əzizov Nəriman Həsənzadənin yaradıcılığı, onun xalq tərəfindən sevilməsinin səbəbləri barədə danışıblar.

Sonra Xalq şairinə həsr edilən video-çarx nümayiş etdirilib, müəllifi olduğu şeirlər səsləndirilib. Fakültə tələbələri tərəfindən onun sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Sonda Nəriman Həsənzadə filologiya fakültəsinin kollektivinə xoş qarşılanmaya görə təşəkkür edib, gənc tələbə-yazarlara ədəbi tövsiyələrini verib, onlara gələcək yaradıcılıqlarında uğurlar arzulayıb.

Vəfa MƏMMƏDLİ
 





04.03.2016    çap et  çap et