525.Az

Millət vəkili Fransanı "Xocalı soyqırımı"nı tanımağa çağırdı


 

CAVANŞİR FEYZİYEV: "CENEVRƏ KONVENSİYALARI SÜBUT EDİR Kİ, XOCALIDA TÖRƏDİLƏN QƏTLİAM SOYQIRIM AKTIDIR"

Millət vəkili Fransanı "Xocalı soyqırımı"nı tanımağa çağırdı<b style="color:red"></b>

Fransa Milli Assambleyasında Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən "Xocalı: Qətliam haqqında həqiqətlər" adlı konfrans-debatda iştirak edən deputat Cavanşir Feyziyev Fransanı və onun parlamentini Xocalı soyqırımını tanımağa və bununla da Xocalıya ədalətin təmin olunmasına öz töhfələrini verməyə çağırıb.

C. Feyziyev Cənubi Qafqaz regionunun Xocalı qətliamına qədərki tarixi ilə bağlı məruzə ilə çıxışında bildirib ki, bu regionda on üçüncü əsrədək dövlətçilik ənənəsinə malik olan yeganə ölkə məhz Azərbaycan olub. O Gülüstan və Türkmənçay müqavilələrinin Azərbaycan dövlətçiliyinin və xalqının tarixində oynamış olduğu faciəvi rolunu konfrans iştirakçılarına izah edib.

Deputat XVIII əsrin 2-ci yarısından başlayaraq son iki yüz il ərzində Azərbaycan torpaqlarının getdikcə erməniləşdirilməsi və bu prosesin ərazinin aborigen əhalisi olan azərbaycanlıların kütləvi qırğını və deportasiyası hesabına həyata keçirildiyini tarixi faktlarla və onları əks etdirən xəritələrin təqdimatı ilə konfrans iştirakçılarının diqqətinə çatdırıb. C.Feyziyev tədbir 1918-ci ildə Azərbaycanın cəmi 9 min kv. km qərb ərzilərində yaradılan ilk erməni dövləti keçən 100 il ərzində xarici güclərin bilavasitə dəstəyi ilə Azərbaycan torpaqlarının etnik təmizlənməsi hesabına təxminən 40 min kv.km-ə çatdırıldığını qeyd edib.

Deputat konfrans iştirakçılarına Xocalı soyqırımı ilə bağlı faktları da çatdırıb. O, erməni silahlılarının 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərini işğal etməsindən, erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən danışıb. Bu faciə ilə bağlı Serj Sarkisyanın söylədiyi fikirləri xatırladan deputat dünya birliyinin bu hadisələrə biganə münasibət sərgilədiyini və soyqırım aktını həyata keçirən şəxslərin bu gün Ermənistanı idarə etdiyini və bunun dözülməz olduğunu diqqətə çatdırıb.

Xocalıda insanlığa qarşı dəhşətli cinayət aktının törədildiyinə və bu qətliamın Cenevrə Konvensiyalarının müvafiq maddələrinə uyğun olaraq soyqırım aktı olduğuna əminliyini bildirən deputat Cavanşir Feyziyev Xocalı qətliamının artıq dünyanın bir sıra ölkələri tərəfindən, eləcə də ABŞ-ın 21 ştatı tərəfindən "Soyqırım aktı" kimi tanındığını bildirib.

 





04.03.2016    çap et  çap et