525.Az

Düşmən təxribatının qarşısı alındı


 

Düşmən təxribatının qarşısı alındı<b style="color:red"></b> Martın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə yaxınlaşaraq ərazini minalamağa cəhd göstərib.
 

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə atəş gücü vasitəsilə təsirdən sonra düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
 
Hadisə yerində düşmənə məxsus iki ədəd mina, iki ədəd qumbara və istifadə etmək istədikləri qana bulaşmış ləvazimatlar aşkar olunub.
 
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib.
 





04.03.2016    çap et  çap et