525.Az

"Konkret tədbirlər hazırlamanlıdır"


 

"Konkret tədbirlər hazırlamanlıdır"<b style="color:red"></b>

Milli Məclisin (MM) növbəti plenar iclasında "Dövlət satınalmaları haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə olunub.

Qanun layihəsi haqqında MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
 
Z. Səmədzadə deyib ki, qanuna 2.1-ci maddə əlavə edilib. Onun sözlərinə görə, bu maddəyə əsasən dövlət vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə alınmış kreditlər və qrantlar hesabına dövlət müəssisə və təşkilatları, nizamnamə fondunda dövlətin payı 30% və daha çox olan müəssisə və təşkilatlar tərəfindən ərzaq məhsullarının (Dövlət Taxıl Fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşmiş qaydada satın alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.

O, deyib ki, bu düzəlişin edilməsi ölkədə sahibkarlığın inkişafı, aqrar sektorun səmərəliliyinin artırılması üçün kifayət qədər möhkəm baza yaradacaq:

"Təqribi hesablamalara görə, hər il 300 milyon manatdan çox dövlət büdcəsi vasitəsi ilə ərzaq alınmasına vəsait ayrılır ki, bunun da 90%-i məhz ölkədə istehsal olunan məhsullardır.

Əgər digər qapalı təşkilatları, iri səhmdar cəmiyyətləri də nəzərə alsaq, bu ərzağın alınmasına ildə bundan 2-3 dəfə çox vəsait sərf olunur. Vəsaitlərin mərkəzləşmiş qaydada qeydə alınması, onun sisteminin yaradılması, müvafiq iqtisadi mexanizmlərinin, qaydalarının nəzərə alınması Azərbaycanda milli iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.

Regionlarda pul dövriyyəsinin, əhalinin gəlirlərinin artmasına imkan yaradacaq. Kənd Təsərrüfatı Nazirliyi müvafiq yerli icra strukturları ilə birlikdə bu prosesin təkmilləşməsi üçün konkret tədbirlər hazırlamalıdırlar".

Kamil HƏMZƏOĞLU

 





04.03.2016    çap et  çap et