525.Az

"Özəl sektordan Gənclər şəhərciyi tikilməsi ilə bağlı maraq yox idi..."


 

"Özəl sektordan Gənclər şəhərciyi tikilməsi ilə bağlı maraq yox idi..."<b style="color:red"></b>

"Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanun layihəsi parlamentin plenar iclasında müzakirəyə çıxarılıb.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, islahatların həyata keçirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi əsas istiqamətlərdən biridir.

Deputat qeyd edib ki, dünyada bu model 1979-cu ildən həyata keçirilir və orada müxtəlif yanaşmalar var.

“Bu qanunun mahiyyəti və özəlliyi ondan ibarətdir ki, layihə özəl şirkətlər, ictimai şirkətlər və dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu baxımdan çox istərdim ki, bununla bağlı işçi qrupu yaransın.Qanuna yalnız maddələr yazmaqla onun işləməsində problemlə üzləşə bilərik. Bu işdə maraqlı müvafiq qurumlar mütləq şəkildə İşçi Qrupunda olmalıdır ki, gələcəkdə müəyyən məsələlər və problemlərlə üzləşməyək”.

Komitə sədri qanun layihəsində dövlət ehtiyacı üçün gerialınma məsələsinə diqqət çəkib.

“Hansı sahibkar 40-50 illik bir investisiya qoyacaq ki, sabah müvafiq icra qurumlarının qərarında oranın dövlət ehtiyacı olan yer olduğu bildirilək.

 Burada bir az sahibklara inam şəraiti yaratmaq lazımdır ki, 50 illik investisiya qoyulsun. qanunda müəyyən güzəştlər göstərilib, lakin inam da əhəmiyyətlidir.

Eyni zamanda qanunun tətbiq dairələri sadalanır, belə olan biz onu məhdudlaşdırıq”.

F.Muradov qeyd edib ki, son zamanlar səsləndirilən Gənclər şəhərciyi, ekonom evlər, sosial mənzillər Azərbaycan üçün çox vacibdir.

“Kifayət qədər evə ehtiyacı olan insanlar var. Yaxşı olardı ki, burada bu yanaşma da olsun. Biz bir neçə il bundan öncə Gənclər şəhərciyi ilə bağlı məsələni müzakirə edəndə praktiki olaraq buna investorlar tapa bilmirdik. Yəni,  özəl sektordan Gənclər şəhərciyi tikilməsi ilə bağlı maraq yox idi. Bu qanun bizə imkan verəcək.Dövlət tərəfindən müəyyən güzəştlər, həm torpağın ayrılması, müvafiq strukturlardan icazənin alınmalı və sair qanunda qeyd olunmalıdır ki, investor binanı tikməyə maraqlı olsun. Bütün dünyada maliyyə böhranı var. Əgər qanun layihəsi cəlbedici olmazsa, heç vaxt sahibkar bir qəpik də pul qoymayacaq. Ona görə təlklif edirəm ki, qanunla bağlı işçi qrupu yaradılsın. Biz də detalla bu məsləyə yanaşaq”.

Millət vəkili Hüseynbala Mirələmov da qanun layihəsinin qəbulunun vacib olduğunu qeyd edərək, eyni zamanda, sözlərinə əlavə edib ki, sənədin üzərində ciddi təkmilləşdirmələr aparılmalıdır: "Hesab edirəm ki, onu tələm-tələsik qəbul etməməliyik. O, hələ xeyli işlənməli və təkmilləşdirilməlidir".

Buna cavabında spiker Oqtay Əsədov isə bildirib ki, bu sənəd hələ birinci oxunuşda müzakirə olunur: "Onun hələ iki oxunuşu da var və növbəti oxunuşlarda da xeyli təkmilləşdirmələr aparıla bilər və aparılacaq".

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Kamil HƏMZƏOĞLU

 





04.03.2016    çap et  çap et