525.Az

Aeroport yolundakı qəzada xəsarət alanların son vəziyyəti - Yenilənib


 

Aeroport yolundakı qəzada xəsarət alanların son vəziyyəti - <b style="color:red">Yenilənib</b>

Paytaxtın Suraxanı rayonunda aeroport yolunda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

3 saylı şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumatına görə, xəstəxanaya yerləşdirilmiş 21 nəfər arasında ağır kəllə-beyin travması alan olmayıb. 3 nəfərə gips qoyulub, bir nəfərin çıxığı olub, onlara tibbi yardım göstərilib.

Xəsarət alanların hamısına əsasən qabırğa sınığı və yumşaq toxumaların əzilməsi və sınması diaqnozu qoyulub.

15 nəfər ilkin tibbi yardımdan sonra zədələri yüngül olduğu üçün evə buraxılıb. Daha 2 nəfərin bu gün xəstəxanadan buraxılması gözlənilir.

Xəstəxanadan onu da qeyd ediblər ki, xəsarət alanlara psixoloji yardım göstərilib və hazırda davam edir.

Xatırladaq ki, dünən Suraxanı rayonu ərazisində aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

160 saylı sərnişin avtobusunun “VAZ 2109” markalı avtomobil və daha bir neçə maşınla toqquşması nəticəsində avtobus aşıb.

*** 04.03.2016

Aeroport yolunda baş verən zəncirvari qəzada ilkin məlumata görə ümumilikdə 20 nəfər xəsarət alıb.
 
Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Məlumatda bildirilir ki, 1 nəfərə yerində tibi yardım göstərilərək evə buraxılıb, hazırda 19 nəfər xəstəxanadadır.
 
Onlardan 1 nəfər əməliyyat olunur, 2 nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib.
 
*** 18:08
 
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Aeroport yolunda "Daewoo" markalı 160 saylı marşrut avtobusla 90 EJ 930 dövlət nömrə nişanlı "Toyota Prado", 99 EE 706 dövlət nömrə nişanlı "Chevrolet", “VAZ 2109” və daha bir neçə maşın toqquşub.
 
Nəticədə bir neçə nəfər xəsarət alıb.
 
Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.
 
Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, ilkin məlumata əsasən, 14 nəfər xəsarət alıb, ölən yoxdur. 6 nəfərə yerində yardım göstərilib. 8 nəfər isə Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanaya aparılıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

 





05.03.2016    çap et  çap et