525.Az

“Səs... söz... rəng...” təqdim edildi


 

“Səs... söz... rəng...” təqdim edildi<b style="color:red"></b>

Martın 4-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Səs...söz...rəng...” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə nəşr edilmiş kitabın təqdimat mərasimini Dünya Gənc Türk Yazarlar Birliyinin Məşvərət Şurasının sədri, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı açıb.
 
O bildirib ki, “Səs...söz...rəng...” kitabı Azərbaycanın gənc bəstəkarlarına, şair və rəssamlarına həsr olunub. Burada istedadlı gənclərin əsərləri və onların qısa tərcümeyi-halı yer alıb.

Əməkdar İncəsənət Xadimi, sənətşünas Ziyadxan Əliyev gənc istedadlara uyğurlar arzulayıb, onları öz üzərilərində səylə işləməyə, yaradıcı vərdişlərini inkişaf etdirməyə çağırıb.

Sonra beynəlxalq müsabiqələr laureatlarının ifasında Üzeyir Hacıbəylinin, Niyazinin və gənc bəstəkar İlahə Qismətin əsərləri səslənib.

Şairlər İbrahim İlyaslı, Şəfa Vəli, Vasif Zöhraboğlu və başqaları tədbirdə öz şeirlərini oxuyublar.

 





04.03.2016    çap et  çap et