525.Az

Güclü duman Bakı hava limanının işinə təsir etməyib


 

Güclü duman Bakı hava limanının işinə təsir etməyib<b style="color:red"></b>

Bakıda martın 5-i səhər saatlarında müşahidə olunan güclü dumana baxmayaraq Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.

Bu barədə Trend-ə hava limanından bildiriblər. Məlumata əsasən, duman hava limanının işinə təsir etməyib.

"Təyyarələrin qəbulu və yola salınmasında gecikmə müşahidə olunmur. Aeroport normal rejimdə işini davam etdirir", - deyə hava limanında bildiriblər.

 





05.03.2016    çap et  çap et