525.Az

Bilik Fondundan "Yazmağı bacaracaqsan" media layihəsi


 

Bilik Fondundan "Yazmağı bacaracaqsan" media layihəsi<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dəstəyi ilə “İlboyu bilik” proqramı üzrə “Yazmağı bacaracaqsan” layihəsini davam etdirir.

Fonddan 525.az-a verilən məlumata görə, layihə çərçivəsində jurnalist ixtisasına yiyələnmək istəyən abituriyentlərə ödənişsiz kurslar təşkil ediləcək.

Kurslarda abituriyentlərə qabiliyyət imtahanlarında uğur qazanmaları üçün esse yazmaq bacarıqları və vərdişləri aşılanacaq.

Təlimlərə qatılmaq istəyən abituriyentlər martın 20-dək Bilik Fonduna müraciət edə bilərlər.

 





05.03.2016    çap et  çap et