525.Az

Azərbaycanda yeni universitet yaradıldı


 

Azərbaycanda yeni universitet yaradıldı<b style="color:red"></b> Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.

525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncamla Azərbaycan Respublikasında İnformasiya Texnologiyaları Universiteti yaradılıb.
 
Sərəncamda Nazirlər Kabinetinə yaradılmış İnformasiya Texnologiyaları Universitetinin Nizamnaməsinin layihəsini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etmək, İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar 2013-cü il üçün dövlət büdcəsindən və 2014-cü il və növbəti illər üçün dövlət büdcəsi layihələrində vəsaitin ayrılmasını nəzərdə tutmaq,  İnformasiya Texnologiyaları Universitetinin bina və lazımi avadanlıqla təmin edilməsi üçün müvafiq tədbirlər görmək və eyni zamanda bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 Təhsil Nazirliyi Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə İnformasiya Texnologiyaları Universitetində 2013–2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanılmasını təmin etməli və bu sərəncamdan irəli gələn digər zəruri tədbirləri həyata keçirməlidir.
 





02.02.2013    çap et  çap et