525.Az

Həftənin ilk iş günü hava necə olacaq?


 

Həftənin ilk iş günü hava necə olacaq?<b style="color:red"></b> Bakı və Abşeron yarımadasında martın 7-da arabir yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 85-95 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, axşam əsasən yağmursuz keçəcəyi gözlənilir. Duman olacaq, mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Dağlıq rayonlarda arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
 
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti olacağı ehtimal edilir.
 





06.03.2016    çap et  çap et