525.Az

“Hidayət” kitabı 3 dildə nəşr olundu


 

“Hidayət” kitabı 3 dildə nəşr olundu<b style="color:red"></b>

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə işıq üzü görən kitabın tərtibçi redaktoru Səfalı Nəzərlidir. İngilis dilinə Aida Süleymanova, rus dilinə isə Səyavuş Məmmədzadə və Vaqif Əjdəroğlu tərcümə ediblər.

Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, görkəmli şair, publisist, dramaturq, ictimai-siyasi xadim Hidayət Orucovun həyatı, fəaliyyəti və yaradıcılığının əks olunduğu bu fotoalbomda müxtəlif dəyərli fikirlər, nadir fotoşəkillər toplanıb.
 
Azərbaycan, ingilis, rus dillərində hazırlanan kitab 3 bölmədən ibarətdir: “Ailə...İllər...Yollar”, “Sənət”, “Siyasət”.

Oxucular bu kitabda Hidayət Orucovun yazıçı, incəsənət xadimi, Dövlət müşaviri, səfir, ailə başçısı və yaradıcı bir insan kimi parlaq və monumental simasını görə biləcəklər.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çapı başa çatdırılan kitab nazirliyin tabeçiliyində olan kütləvi kitabxanalara və digər aidiyyəti qurumlara paylanılacaq.

 





07.03.2016    çap et  çap et