525.Az

İş adamları Trabzon-Bakı aviareysinin açılmasını istəyir


 

İş adamları Trabzon-Bakı aviareysinin açılmasını istəyir<b style="color:red"></b> Türkiyənin Trabzon şəhərində fəaliyyət göstərən iş adamları Trabzon-Bakı aviareysinin açılmasında maraqlıdır.

"APA-Economics" xəbər verir ki, bu barədə Trabzon Ticarət və Sənaye Birliyinin sədri müavini Alper Bektaş bildirib.
 
A. Bektaşın sözlərinə görə, Azərbaycan manatının devalvasiyaya uğraması iş adamları üçün bir fürsətdir.

"Birbaşa aviareysin açılması bizim işimizə yarayacaq. Bunu yalnız biz deyil, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar da istəyir", - deyə o qeyd edib.
 
Sədr müavini əlavə edib ki, uçuşlar istər "Azərbaycan Hava Yolları" QSC (AZAL), istərsə də "Türk Hava Yolları" və ya "Pegasus" aviaşirkətləri tərəfindən yerinə yetirilə bilər.
 





07.03.2016    çap et  çap et