525.Az

AXCP sədrinin müşavirinin məhkəmə istintaqı tamamlanıb


 

AXCP sədrinin müşavirinin məhkəmə istintaqı tamamlanıb<b style="color:red"></b> Bu gün Nərimanov rayon Məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahimin cinayət içi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Yalçın İmanovun APA-ya verdiyi məlumata görə, prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib.

Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Buna görə proses martın 14-dək təxirə salınıb.
 
Qeyd edək ki, M. İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da həbs olunub.

O, Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham edilir.
 





07.03.2016    çap et  çap et