525.Az

​Əfv Məsələləri Komissiyasının növbəti iclası


 

​Əfv Məsələləri Komissiyasının növbəti iclası <b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə "Report"a Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

O bildirib ki, iclasda Komissiyaya daxil olan müraciətlərə baxılıb: "İclasda çoxsaylı müraciətlərə baxıldı. Bundan sonra da iclaslarımız davam edəcək".

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının yeni tərkibinin ilk iclası martın 1-də keçirilib.

Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin növbəti əfv fərmanı imzalayacağı gözlənilir.

 





07.03.2016    çap et  çap et