525.Az

Özbəkistanın qeyri-adi xəritəsi hazırlanıb


 

Özbəkistanın qeyri-adi xəritəsi hazırlanıb<b style="color:red"></b>

Daşkənddəki “Samarkand darvaza” ticarət mərkəzində quru meyvə, paxlalı və dənli bitkilərdən Özbəkistanın xəritəsi hazırlanıb.

Uzunluğu 6, eni 3 metr olan qeyri-adi xəritənin hazırlanmasında 20 adda quru meyvə, paxlalı və dənli bitkilərdən istifadə edilib. Buraya ərik qurusu, sarı və qara kişmiş, qoz, fındıq, badam, ağ və qırmızı düyü, müxtəlif rəngdə olan lobyalar, həmçinin şirniyyatlar daxildir.

Xəritənin ideya müəllifləri tanınmış aşpazlar Baxriddin Çustiy və Zabixullo Tairov həmçinin Özbəkistanın Restoran Biznesi Akademiyasıdır. “İnterrekord” Beynəlxalq Rekordlar Agentliyinin ekspertləri xəritəni yeni kulinariya rekordu kimi qeydə alıb.

AzərTAc

 





08.03.2016    çap et  çap et