525.Az

Ötən il 115,9 min yeni iş yeri açılıb


 

Ötən il 115,9 min yeni iş yeri açılıb<b style="color:red"></b>

Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən (1.01.2014 - 1.01.2016) dövr ərzində respublikada ümumilikdə 243,2 min olmaqla, 196,2 min daimi iş yeri yaradılıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ildə ölkədə 115,9 min yeni daimi iş yeri açılıb. Onların 66 faizi regionların payına düşüb. Bu dövrdə yaradılmış iş yerlərinin 75,5 faizi qeyri-dövlət sektorundadır.

Daimi iş yerlərinin 11,3 faizi yeni, 10,4 faizi mövcud, 0,6 faizi isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda yaradılıb. İş yerlərinin 77,7 faizi fərdi sahibkarlıq subyektləri tərəfindən açılıb.

 





08.03.2016    çap et  çap et