525.Az

İmişlidə doğuşdan sonra ana ölümü baş verib


 

İmişlidə doğuşdan sonra ana ölümü baş verib<b style="color:red"></b> İmişli rayonunda ana doğuşdan sonra ölüb.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunda məskunlaşan məcburi köçkün, 1982-ci il təvəllüdlü Əhmədova Pərigül Nuru qızı evdə uşaq dünyaya gətirmək istəyib.
 
Uşağı ölü doğulmuş anada daha sonra  qanaxma başlayıb. O, İmişli rayon xəstəxanasının doğum evi şöbəsində aqonal vəziyyətdə çatdırılıb.
 
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
 





09.03.2016    çap et  çap et