525.Az

"SOCAR-la əldə olunan razılaşma Gürcüstanın enerji təhlükəsizliyini təmin edəcək"


 

"SOCAR-la əldə olunan razılaşma Gürcüstanın enerji təhlükəsizliyini təmin edəcək"<b style="color:red"></b>

Gürcüstan hökumətinin əsas məqsədi əhalini stabil və fasiləsiz şəkildə təbii qazla təmin etməkdir.

“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycana rəsmi səfəri başa çatmış Gürcüstanın xarici işlər naziri Mixail Canelidzenin bəyanatında bildirilir.
 
Nazirin bəyanatında deyilir ki, əhalinin təbii qaza artan tələbatı Azərbaycan hesabına ödəniləcək və bununla bağlı Gürcüstan hökuməti ilə SOCAR arasında müvafiq sənəd imzalanıb:

“Bizim dostumuz və strateji tərəfdaşımız olan Azərbaycan Gürcüstana əlavə həcmdə qaz nəql edəcək. Bu, yaranmış defisitin bağlanması üçün kifayətdir”.

Rusiyanın “Qazprom” şirkəti ilə aparılan danışıqlara toxunan nazir bildirib ki, danışıqların predmeti Gürcüstan üzərindən Rusiya qazının Ermənistana tranzitinin şərtləri idi:

“Bu cür danışıqlar 2004-cü ildən etibarən aparılır. Bununla yanaşı, yaranmış defisitin Rusiya qazı hesabına bağlanması da müzakirə olunub. Lakin SOCAR-la əldə etdiyimiz razılaşmadan sonra “Qazprom”dan əlavə həcmdə qaz almağa ehtiyac yoxdur. Bu razılaşma hesabına Gürcüstan əhalisinə stabil və fasiləsiz olaraq qaz veriləcək, ölkənin enerji təhlükəsizliyi də təmin olunacaq”.

 





09.03.2016    çap et  çap et