525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

2007-ci il. Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin Bakıda birinci forumu keçirilib. Forumda 48 ölkədən ümumilikdə 500-dən çox nümayəndə iştirak edib.

2015-ci il. Paytaxtın Biləcəri qəsəbəsində Bakı Atıcılıq Mərkəzi istifadəyə verilib. “Bakı-2015” birinci Avropa Oyunlarında atıcılıq yarışları bu arenada yüksək səviyyədə keçirilib.

1500-cü il. Məşhur səyyah Pedru Alvareşa Kabralanın başçılığı ilə 30 gəmidən ibarət Portuqaliya donanması Lissabondan Hindistan istiqamətində hərəkət edib. İspan ekspedisiya qrupu səfər zamanı Braziliya ərazisini kəşf edib.

1814-cü il. Ukraynalı şair, yazıçı və rəssam Taras Şevçenko anadan olub (1814-1861). “Kor qadın”, “Muzdur qadın”, “Marina” və s. romanlarında, “Taras gecəsi” (1838) tarixi poemasında milli azadlıq mübarizəsini tərənnüm edib. Rəssam kimi də tanınan T.Şevçenkonun Bakının Azadlıq prospektində abidəsi ucaldılıb.

1862-ci il. Amerikada vətəndaş müharibəsi zamanı “The USS Monitor” və “CSS Virginia” gəmiləri arasında baş verən döyüş tarixə ilk zirehli gəmilər döyüşü kimi düşüb.

1934-cü il. Dünyada ilk dəfə 1961-ci il aprelin 12-də orbitə çıxan sovet kosmonavtı Yuri Qaqarin anadan olub (1934-1968). O, “Vostok” kosmik gəmisində 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib. Bu uçuş kosmosun öyrənilməsində yeni era açıb.

1918-ci il. Rusiyanın paytaxtı Petroqraddan Moskvaya köçürülüb.

1990-cı il. Berlində Almaniya Federativ Respublikası ilə Almaniya Demokratik Respublikasının birləşdirilməsinə dair danışıqlar başlayıb.

 





09.03.2016    çap et  çap et