525.Az

2016-cı ilin ilk Günəş tutulması


 

2016-cı ilin ilk Günəş tutulması<b style="color:red"></b> Bu gün 2016-cı ilin ilk Günəş tutulması baş verib.
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya deyib ki, Ay tutulması hadisəsi Bakı vaxtilə saat 03:20-də başlayıb, maksimum 05:57-də olub, saat 08:34-də bitib:

"2016-cı ilin Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünüb.

Bu tutulma zamanı Ayın kölgəsi əsasən, Hind və Sakit okeanların üzərindən keçərək, cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində görünüb. Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaq".
 
Qeyd edək ki, 2016-cı ildə 4 tutulma hadisəsi – 2 Ay, 2 Günəş tutulması baş verəcək.
 





09.03.2016    çap et  çap et