525.Az

Ali Neft Məktəbində Beynəlxalq qadınlar günü qeyd olundu


 

Ali Neft Məktəbində Beynəlxalq qadınlar günü qeyd olundu<b style="color:red"></b> Bakı Ali Neft Məktəbində (BANM) 8 mart-Beynəlxalq qadınlar gününə həsr olunmuş tədbir keçirilib.
 
Məktəbdən 525.az-a verilən məlumata görə, rektor Elmar Qasımov BANM-in professor-müəllim heyəti və tələbələri, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri iştirak ediblər.

E.Qasımov BANM-in kollektivinin bütün xanım üzvlərini, o cümlədən tələbə qızları bir daha təbrik edərək, onlara dəyərli hədiyyələr təqdim edib.
 
Tədbir musiqili konsert proqramı ilə davam edib.
 





09.03.2016    çap et  çap et