525.Az

Anarın əsəri İranda nəşr olundu


 

Anarın əsəri İranda nəşr olundu<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Güney Azərbaycan şöbəsinin təşəbbüsü ilə xalq yazıçısı Anarın "Dantenin yubileyi" romanı "Böyük qurultay" adı ilə Tehranın "Noxbeqan" nəşriyyatında işıq üzü görüb.

Bu barədə "Report"a AYB-nin mətbuat xidmətindən məlumat verilib.

Kitabı əski əlifbaya çevirən Solmaz Təbrizli və çapa hazırlayan Səid Muğanlıdır.

Xatırladaq ki, AYB-nin Güney Azərbaycan şöbəsi və Yaşmaq sıra kitablarının birgə fəaliyyəti nəticəsində son iki ildə Güney Azərbaycanda bir çox quzeyli yazıçıların əsərləri, o cümlədən xalq yazıçısı Anarın "Nəsrin fəzası", Kamal Abdullanın "Sehirbazlar dərəsi", Vaqif Səmədoğlunun "Bu yolların yuxusunu kim görüb", İsa Müğannanın "Doğma və yad adamlar", Afaq Məsudun "Suiti", Şahmar Ələkbərzadənin "Utanım yerinə, ay utanmayan!", Mirəli Seyidovun "Bayram və bayramlıq", İsmayıl Şıxlının “Ölüləri qəbiristanda basdırın", Əlisəmid Kürün "Sonuncu dua" kitabları işıq üzü görüb.

Hazırda Fikrət Qocanın "Dayanacaqda görüş" əsərləri çapa hazırlanır.

 





09.03.2016    çap et  çap et