525.Az

BSU-da “Azərbaycanda germanistikanın inkişafı” ilə bağlı dəyirmi masa


 

BSU-da “Azərbaycanda germanistikanın inkişafı” ilə bağlı dəyirmi masa<b style="color:red"></b>

Bakı Slavyan Universiteti (BSU) Azərbaycanda germanistika sahəsinin inkişafı istiqamətində fəaliyyətini genişləndirməkdə davam edir.

BSU-nun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, bu istiqamətdə atılan uğurlu addımlardan biri də 2015-ci il oktyabr ayının 15-də Azərbaycanda ilk dəfə olaraq BSU-nun nəzdində Germanistika İnstitutunun açılışı olmuşdur.

Germanistika İnstitutunun fəaliyyət istiqamətlərindən biri də Almaniyanın aparıcı elm və təhsil mərkəzləri ilə əməkdaşlığı daha da genişləndirməkdir.

Bu əməkdaşlıq çərçivəsində mütəmadi olaraq Almaniyanın qabaqcıl universitetlərindən tanınmış professorlar Bakı Slavyan Universityetində mühazirə oxumaq üçün dəvət alırlar.
 
Ənənəvi olaraq BSU-da germanistikadan silsilə mühazirələr oxuyan Almaniyanın Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Vürsburq Universitetinin professoru, BSU rektorunun müşaviri Ziqlinde Hartman və Auqsburq Univeritetinin professoru Klaus Volf bu günlərdə universitetdə almanşünas tələbələrə dərs deyir, müəllimlərlə metodik seminarlar aparırlar.

Bakı Slavyan Universitetində professor Z.Hartman, professor K.Volf eləcə də Höte İnstitutunun Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Ştefan Vakvits və Avstriyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Valter Mitterbauerin iştirakı ilə “Azərbaycanda germanistikanin gələcək inkişafı” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada çıxış edən Germansitika İnstitutunun direktoru Sevinc Rzayeva İnstitutun fəaliyyəti və gələcək planları haqqında məlumat verib.
 
Germansitika İnstitutunun Almaniyanın universitetleri ilə qarşılıqlı əlaqələrinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

BSU-nun rektoru Asif Hacıyev Germanistika İnstitutunun inkişafı istiqamətində görülən işlərə, sıx əməkdaşlığa görə alman alimlərinə minnətdarlığını bildirib.

BSU müəllimlərinin Almaniya universitetlərində, o cümlədən Auqsburq Universitetində təcrübə keçmələrini və doktorantura təhsilini davam etdirmələrini, məzunların magistraturada təhsil almasını vurğulayan rektor bu təşəbbüslərin genişləndirilməsinin vacibliyini söyləyib.

Asif Hacıyev almaniyalı mütəxxəsislərin gələcəkdə də BSU-nun magistrant və doktoronatlarının elmi işlərinə rəhbərlik etmələrini təklif edib.

Ziqlinde Hartman və Klaus Volf Bakı Slavyan Universiteti tərəfindən germansitikanin inkişafı istiqamətində atılan addımların əhəmiyyətindən söz açıb.

BSU ilə Almaniyanının ali təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığa, müştərək layihələrə və keyfiyyətli mütəxəssis hazırlığına böyük dəyər verib.

Müzakirədə iştirak edən Almaniyanın V. Höte İnstitunun Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Ştefan Vakvits qeyd edib ki, Höte İnstitutu müəllim və tələbələrin təcrübəsini, kurslar və seminarlar təşkil edir.

Ş.Vakvits çıxışında vurğulayıb ki, BSU-da germanistika yüksək səviyyədədir və V. Höte İnstitutu bu istiqamətdə BSU-nun alman dili müəllimlərinə ustad dərslərinin keçirilməsinə və Almaniyadan mütəxəssislərin BSU-da fəaliyyət göstərmələrinə təşkilati dəstək verməyə hazırdır.

Müzakirədə iştirak edən Avstriyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Valter Mitterbauer çıxışında qeyd edib ki, o, artıq ikinci ildir BSU-da Avstriya tarixi və ölkəşünaslığından almansünas tələbələrə “Danışıq kursu” təşkil edir. Bu il isə III kurs tələbələrinə ölkəşünaslıq fənnindən dərs keçir.

O, BSU-da yaradılan şəraitdən, almanşünaslığın tədrisindən və tələbələrin səviyyəsindən razı qaldığını bildirib.

V.Mitterbauer BSU rəhbərliyi tərəfindən atılan bütün addımların germanistikanin inkişafına müsbət təsir göstərdiyini və bu sahədə əməkdaşlıqdan məmnun olduqlarını qeyd edib.

 





09.03.2016    çap et  çap et