525.Az

OPEC-ə üzv ölkələr neftin ucuzlaşan qiymətləri ilə yaşamağa öyrəşirlər


 

OPEC-ə üzv ölkələr neftin ucuzlaşan qiymətləri ilə yaşamağa öyrəşirlər<b style="color:red"></b>

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr neftin ucuzlaşan qiymətləri ilə yaşamağa öyrəşirlər.

AzərTAc “bloomberght.com”a istinadla xəbər verir ki, neftin barrel qiymətinin 100 dollardan da baha olduğu bir neçə il davam edən bolluqdan sonra 76 faizədək ucuzlaşması nəticəsində OPEC-ə üzv ölkələr öz büdcə hesablamalarında neft qiymətinin hazırki səviyyələrə uyğun – 25 dollar/barrel (Küveyt) və 45 dollar/barrel (İraq və Anqola) olacağını proqnozlaşdırırlar.

OPEC-ə üzv ölkələrin belə bir ağır büdcə planlarına nə qədər tab gətirəcəklərini isə zaman göstərəcək.

“Deutsche Bank AG”nin hesablamalarına görə, İran və Nigeriyanın büdcə xərclərini qarşılaya bilmələri üçün neftin qiyməti 80 dollar/barrelədək bahalaşmalıdır.

 





09.03.2016    çap et  çap et