525.Az

İnternet problemlərinin həlli ilə bağlı işçi qrup yaradıldı


 

İnternet problemlərinin həlli ilə bağlı işçi qrup yaradıldı<b style="color:red"></b> Rabitə və Yüksək Texnologiyalar Nazirliyində rabitə xidmətlərinin keyfiyyətlərinin yüksəldilməsi üçün işlər aparılır. Belə ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) genişzolaqlı şəbəkənin yenidən qurulması üçün işçi qrupu yaradılıb.
 

"APA-Economics" xəbər verir ki, yaradılan işçi qrupu artıq yeni layihənin icrasına start verib.
 
Layihənin 2017-ci ilin əvvəlinədək tamamlanması planlaşdırılır. Layihə nəticəsində Bakı şəhərində hər bir istifadəçi sürəti 100Mb/s olan internet xidməti ilə təmin olunacaq.
 
Təkmilləşmiş infrastruktur həm də İP-TV xidmətinin Bakı ərazisində daha da inkişaf etməsinə imkan yaradacaq. Nəticədə istifadəçilər eyni xətt üzərindən ən son standartlara uyğun keyfiyyətli səs, internet və İP-TV xidmətləri ala biləcəklər.
 
İşçi qrupu mövcud vəziyyətin monitorinqinə başlayıb və məlum olub ki, hazırkı infrastrukturun istifadəsində qanunsuzluqlara yol verilib. Hazırda şəbəkənin, o cümlədən kabel kanalizasiya quyularının inventarizasiyası aparılır və onların istismarında qanundan yayınanlarla bağlı tədbir görüləcək.
 





09.03.2016    çap et  çap et