525.Az

Avropa Enerji İttifaqından TAP-la bağlı bəyanat


 

Avropa Enerji İttifaqından TAP-la bağlı bəyanat <b style="color:red"></b> Yunanıstan Avropanın və özünün enerji təhlükəsizliyini təmin etmək məqsədilə zəruri addımlar atır.

“APA-Economics” xəbər verir ki, bu barədə Avropa Enerji İttifaqının bəyanatında qeyd olunur.
 
Bəyanatda Yunanıstan hökumətinin atdığı bir sıra addımlar, o cümlədən Trans-Adriatik Boru Kəmərinin (TAP) reallaşmasına verdiyi töhfə yüksək qiymətləndirilir:
 
"Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP-ın tikintisi Yunanıstan və Avropanın qaz təchizatının diversifikasiyasını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün həyata keçirilir. Yunanıstan 2020-ci ilə qədər enerji səmərəliliyi hədəfinə nail olacaq".
 
Qeyd edək ki, bəyanat Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviçin Yunanıstana bu gün baş tutacaq səfərindən öncə yayılıb.

Səfər çərçivəsində M. Şevçoviç Yunanıstanın baş naziri Aleksis Tsiprasla görüşəcək.
 





10.03.2016    çap et  çap et