525.Az

Sabir Fondundan jurnalistlər üçün fərdi inkişaf seminarı


 

Sabir Fondundan jurnalistlər üçün fərdi inkişaf seminarı<b style="color:red"></b>

Mirzə Ələkbər Sabir Fondu bir qrup KİV nümayəndəsi - qəzet, sayt əməkdaşları üçün fərdi inkişaf seminarları təşkil edir.

Martın 11-i Fonddan 525.az-a verilən məlumata görə, xüsusi olaraq jurnalistlər və media təmsilçiləri üçün nəzərdə tutulan "NLP tətbiq etməklə mükəmməl ünsiyyətin qurulması texnikaları" və "Mükəmməl çıxış etməklə auditoriyaya təsir" seminarları baş tutacaq.

Yekunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Seminarlar beynəlxalq təlimçilər - NLP master Şamil Şahbazov və yaşam kouçu Sənan Nəcəfov tərəfindən aparılacaq.

Təlim sabah “Nyu Baku” (New Baku) otelinin konfrans zalında saat 15:00-da baş tutacaq. (Ünvan: Həsən Əliyev 9C, New Baku Otel).

Qeyd edək ki, Mirzə Ələkbər Sabir Fondu 2012-ci ildə yaranıb və yarandığı gündən Sabir ənənələrini davam etdirmək üçün real addımlar atır, gənc nəslin maarifləndirilməsi, məlumatlandırılması məqsədi ilə layihələr həyata keçirir.

Son bir neçə ayda tələbələrə, gənclərə, QHT təmsilçilərinə və digər ixtisas sahiblərinə yeni texnologiyalardan, Türkiyə  və Qərb ölkələrinin təcrübəsindən yararlanaraq müasir təlimlər verilir.

 





10.03.2016    çap et  çap et