525.Az

"ATV kitab" layihəsi ilə bağlı əməkdaşlıq memorandumu


 

"ATV kitab" layihəsi ilə bağlı əməkdaşlıq memorandumu<b style="color:red"></b>

Martın 9-da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə "Azad Azərbaycan" Müstəqil Teleradio şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, memorandumu Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüqar Zeynalov, "ATV kitab" layihəsinin və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu imzalayıblar.

Memorandumun şərtlərinə görə, Bakıda və paytaxtın rayonlarında uşaq, yeniyetmə və gənclərlə görüşlərin keçirilməsi, onların bədii ədəbiyyata və mütaliəyə marağının artırılması məqsədilə müxtəlif mədəni tədbirlərin təşkili, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən ATV kanalı və "Parlaq imzalar" nəşriyyatı ilə birgə reallaşdırılan, "ATV kitab" layihəsinə daxil olan nəşr nümunələrinin alınıb gənc oxuculara çatdırılması nəzərdə tutulur.

Həmçinin əməkdaşlıq sənədinə əsasən, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin xətti ilə il ərzində təşkil olunan görüş və tədbirlər ATV kanalında işıqlandırılacaq.

 





10.03.2016    çap et  çap et