525.Az

"Həzi Aslanov" metro stansiyasında eskalator təmirə dayanır


 

"Həzi Aslanov" metro stansiyasında eskalator təmirə dayanır<b style="color:red"></b> "Həzi Aslanov" metro stansiyasında eskalator təmirə dayandırılır.
 
Bu barədə “APA-Economics”ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
 
"Stansiyasının ikinci vestibülündə yerləşən 1 saylı eskalatora baxış zamanı dartı ulduzcuğunda lüft yarandığı müşahidə edilib. Bu məqsədlə həmin eskalatorun təmirə dayandırılması məqsədəuyğun hesab edilib. Martın 11-dən etibarən 1 saylı eskalator təxminən 1 ay təmirdə olacaq”, - deyə N. Paşayev bildirib.
 
Qeyd edək ki, 1 saylı eskalatorun 7 aprel tarixində sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır.
 





10.03.2016    çap et  çap et