525.Az

Ermənilər qohumlarının məzarlarını ziyarət edən sakinləri atəşə tutdu


 

Ermənilər qohumlarının məzarlarını ziyarət edən sakinləri atəşə tutdu<b style="color:red"></b> Ağdamda Novruz bayramı ilə bağlı yaxınlarının məzarlarını  ziyarət etmək istəyən cəbhəyanı kənd sakinləri ermənilər tərəfindən atəşə tutulub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarında havanın dumanlı olmasından istifadə edən Mirəşelli, Baş Qərvənd, Orta Qərvənd və Ayaq Qərvənd kəndlərinin sakinləri qəbirləri ziyarətə gediblər.
 
Duman çəkilən kimi erməni silahlı bölmələri kənd sakinlərini atəşə tutub. Yerli əhali ziyarəti yarımçıq saxlayaraq məzarlığı tərk etmək məcburiyyətində qalıb.
 





10.03.2016    çap et  çap et