525.Az

Milli Məclisin növbəti iclasının gündəliyi təsdiqləndi


 

Milli Məclisin növbəti iclasının gündəliyi təsdiqləndi<b style="color:red"></b> Milli Məclisin martın 15-də keçiriləcək plenar iclasının gündəliyi təsdiqlənib.
 
Milli Məclisdən APA-ya bildirilib ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.

İclasda həmçinin, “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi 3-cü oxunuşda, “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsi 2-ci oxunuşda müzakirəyə çıxarılacaq.
 





11.03.2016    çap et  çap et