525.Az

UNEC-də ilk: Açıq dərs canlı yayımlandı


 

UNEC-də ilk: Açıq dərs canlı yayımlandı<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tədris prosesində innovasiyanın tətbiqi və keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədi ilə növbəti yeniliyə imza atılıb.

Universitetdən 525.az-a verilən məlumata görə, UNEC-in gənc müəllimi Ramil Cabbarovun “Açıq dərs”i “Youtube” vasitəsilə canlı yayımlanıb.

İnteraktiv tədris metodlarının tətbiqi ilə təşkil olunan məşğələdə UNEC rektoru, professor Ədalət Muradov və tədris heyətinin nümayəndələri, müəllimlər iştirak ediblər.

Dərsin başlanğıcında çıxış edən rektor bildirib ki, universitetə cəlb edilən gənc müəllimlər arasında ciddi rəqabətin aparılmasını istəyirik. Bu baxımdan gənc müəllimlərə daim dəstək verməyi də özümüzə borc bilirik.
Dərslərin ictimaiyyətə açıq olması təşəbbüsünün universitetdə ənənənəyə çeviriləcəyi bildirib.

“Marketinq tədqiqatları və marketinq informasiya sistemləri” mövzusu üzrə təşkil edən dərsdə qrup şəklində real situasiya təhlil edilib.

İnnovativ tədris metodların tətbiq olunduğu məşğələdə tələbələr şirkət nümayəndəsi rolunda çıxış edərək marketinq kəşfiyyatları aparıb, sorğular təşkil ediblər.

İnteraktiv formada keçən dərsdə tələbələr problemlərin həll olunmasında kreativ yanaşma texnikalarını nümayiş etdiriblər.
Dərslərin ictimaiyyətə açıq formada keçirilməsi ənənəsi UNEC-də davam etdiriləcək.

 





11.03.2016    çap et  çap et