525.Az

Əcnəbi yazıçı İncəsənət Universitetində məşğələ keçdi


 

Əcnəbi yazıçı İncəsənət Universitetində məşğələ keçdi<b style="color:red"></b>

Bir qrup xarici mütəxəssis Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün təcrübə prosesini davam etdirirlər.

ADMİU-nun mətbuat xidmətindən verilən məlumata görə, bu dəfə universitetdə yazıçı, Nyu York Müstəqil Film Kollektivinin direktoru Lanre Olabisi 40-a yaxın tələbəyə film çəkilişləri ilə bağlı məşğələlər keçib.

Dərslərdə universitetin rejissor, aktyor, SABAH qruplarının tələbələri iştirak edib.
 
İki gün ərzində keçən dərslərdə Laren Olabisi 30-40 qısametrajlı film nümayiş etdirərək onları ssenarinin yazılışı, filmin strukturu, planı, idea, obraz və s. incəliklərinə kimi təhlil edib, tələbələrə maraqlı tapşırıqlar verib.

Dərslərdə tələbələr universitetin peşəkar müəllimlərindən keçdikləri mövzuları, daha dərindən, fərqli baxışlarla görmək imkanı əldə ediblər.

Xarici mütəxəssis də tələbələrin hazırlığından, mövzuları asanlıqla qavrayıb, mənimsəyib, fərdi münasibət, fikirlərini aydın şəkildə irəli sürüb, dərs prosesi zamanı və evə verilən tapşırıqları yüksək səviyyədə hazırladıqlarından məmnun olduğunu qeyd edib.

Vəfa MƏMMƏDLİ

 





11.03.2016    çap et  çap et