525.Az

İncəsənət Universiteti Bakı Fransız Liseyi ilə memorandum imzaladı


 

İncəsənət Universiteti Bakı Fransız Liseyi ilə memorandum imzaladı<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ilə Bakı Fransız Liseyi Təhsil Kompleksində Bakı Fransız Liseyi (BFL) arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Memorandumu ADMİU-nun rektoru professor Fərəh Əliyeva, BFL-in İdarəetmə Komitəsinin sədri, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov imzalayıb.

İmzalanma mərasimindən sonra əməkdaşlığın ilk layihəsi olan birgə konsert proqramı təşkil olunub.

Konsert ADMİU-nun Tələbə-Gənclər Estrada Orkestri (30 nəfər) və BFL-in kollektivinin iştirakı ilə keçib. 

Bayram ərəfəsində baş tutan tədbirdə xüsusi şən, bayram əhval ruhiyyəsi bəxş edən Azərbaycan və xarici bəstəkarların seçilmiş əsərləri səsləndirilib.

Vəfa MƏMMƏDLİ

 





11.03.2016    çap et  çap et