525.Az

“Ölülər” BSU Məktəb-Lisey Kompleksində - Fotoreportaj


 

“Ölülər” BSU Məktəb-Lisey Kompleksində - <b style="color:red">Fotoreportaj</b>

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Auditoriya+” layihəsi çərçivəsində Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksində (MLK) Azərbaycan Milli Teatrının 143 illiyi münasibəti ilə Cəlil Məmmədquluzadənin “Ölülər“ əsəri səhnələşdirilib.

BSU-nun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında təqdim olunan tamaşadan əvvəl BSU MLK-nın direktoru, dosent İlahə Carçıyeva gənc aktyorlara və təşkilatçılara minnətdarlıq edib.

ADMİU-nun dosenti Məmmədsəfa Qasımovun rəhbərliyi ilə səhnələşdirilmiş tamaşa BSU tələbələri və Məktəb-Lisey Kompleksinin şagirdləri tərəfindən maraqla qarşılanıb.

Tamaşanın sonunda Billik Fondunun icraçı direktoru Oktay Səmədov tələbə aktyorların oyununu yüksək qiymətləndirib və yaradıcı kollektivə təşəkkürünü bildirib.

 





11.03.2016    çap et  çap et