525.Az

"Mərkəzi Bankın İdarə Heyəti yenidən formalaşdırılmayacaq"


 

"Mərkəzi Bankın İdarə Heyəti yenidən formalaşdırılmayacaq"<b style="color:red"></b> Hüquqi statusun dəyişməsi ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti yenidən formalaşdırılmayacaq.
 
AMB-dən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin və Mərkəzi Bankın sədrinin vəzifəyə təyin olunması qaydası Azərbaycan Respublikasının Konstitusiyası və Mərkəzi Bank haqqında qanunla tənzimlənir:

“Həmin məsələlərlə bağlı qanunda hər hansı dəyişiklik edilməyib”.
 
Bildirilib ki, hüquqi statusun dəyişdirilməsi ilə əlaqədar Mərkəzi Bankın işçiləri ilə əmək müqavilələrinə yenidən baxılmayacaq:

"Mərkəzi Bankın statusunun dəyişdirilməsi ümumilikdə bank işçiləri ilə əmək müqavilələrinin dəyişdirilməsini tələb etmir".
 





11.03.2016    çap et  çap et