525.Az

“Azneft”in şikayəti təmin edilmədi


 

“Azneft”in şikayəti təmin edilmədi<b style="color:red"></b> Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin (İB) Maştağa Bələdiyyəsinə qarşı apellyasiya şikayətinə baxılıb.
 
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.
 
Qeyd edək ki, “Azneft” İB bələdiyyə tərəfindən Nəzakət Şəkinskayanın adına verilən qərarın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı mümkün saymayıb.
 
“Azneft” İB həmin qərardan apellyasiya şikayəti verib.
 





12.03.2016    çap et  çap et