525.Az

Qatı duman avtomobillərin hərəkətinə problem yaradıb


 

Qatı duman avtomobillərin hərəkətinə problem yaradıb<b style="color:red"></b> Bu gün səhər saatlarından başlayaraq Bakı-Qazax-Gürcüstan dövlət sərhədi yolunda güclü duman müşahidə olunur.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, duman yolun Şəmkir və Tovuz rayonları ərazisində daha qatıdır.
 
Görmə məsəfəsinin təxminən 20 metr olduğu yolla hərəkət edən sürücülər avtomobillərin sürətini azaltmağa məcbur olublar.
 
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yol boyu avtomobillərin hərəkətinə nəzarət edir, qəzaların baş verməməsi üçün sürücülərə ehtiyatlı olmağı məsləhət görürlər.
 





12.03.2016    çap et  çap et