525.Az

Tarixdə bu gün


 

Tarixdə bu gün<b style="color:red"></b>

1996-cı il. Azərbaycan Seneqal ilə diplomatik əlaqələr qurub.

Afrikanın qərbində yerləşən Seneqalın ərazisi 196 min kvadratkilometrdən çox, əhalisi təxminən 13 milyon nəfərdir. Paytaxtı Dakar şəhəridir.

838-ci il. Azərbaycanın xalq qəhrəmanı, Xürrəmilər hərəkatının ən görkəmli rəhbəri, Ərəb Xilafətinə qarşı üsyana rəhbərlik etmiş sərkərdə Babək Xürrəmi Samirə şəhərində edam edilib.

1938-ci il. Xalq Yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar anadan olub. O, “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Macal”, “Dantenin yubileyi”, “Əlaqə”, “Otel otağı”, “Ağ qoç, qara qoç”, “Göz muncuğu”, “Keçən ilin son gecəsi”, “Mən, sən, o və telefon”, “Gürcü familiyası”, “Qırmızı limuzin” və digər povest, roman və hekayələri ilə ədəbiyyatımıza yeni nəfəs gətirmiş bənzərsiz sənətkarlardandır. Onun ssenariləri əsasında on bir bədii film, bir neçə sənədli və televiziya filmləri çəkilib. Anarın pyesləri Azərbaycanın bütün teatrlarında tamaşaya qoyulub.

1899-cu il. Bakıda Xilaskar İsa Kilsəsinın (Lüteran kilsəsi) açılışı olub. Alman memarı Adolf Eyxlerin layihəsi ilə tikilmiş kilsə neoqotik üslubda yaradılıb. Hazırda bu bina Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı kimi fəaliyyət göstərir.

1956-cı il. İlk dəfə videomaqnitofon ictimaiyyətə təqdim olunub. Əlli min dollar dəyəri olan “VR 1000” adlı bu cihaz yalnız böyük televiziya şirkətlərində istifadə edilib.

1879-cu il. Nəzəriyyəçi fizik, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı Albert Eynşteyn anadan olub (1879-1955).

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilmiş dünya şöhrətli alim 1945-ci ildə Prezident Franklin Delano Ruzveltə yazdığı məktubunda fizik və mühəndislər tərəfindən nüvə silahının yaradılması barədə xəbər verib. O, 1921-ci ildə fizika sahəsində fotoeffektlə bağlı işlərinə görə Nobel mükafatına layiq görülüb.

 





14.03.2016    çap et  çap et