525.Az

Zəlimxan Yaqubun vəzifəsi Şahin Musaoğluya verildi


 

Zəlimxan Yaqubun vəzifəsi Şahin Musaoğluya verildi<b style="color:red"></b>

Martın 14-də Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin növbəti toplantısı keçirilib.

Birlikdən 525.az-a verilən məlumata görə, toplantıda bir sıra məsələlərlə yanaşı Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri vəzifəsinə təyinat da müzakirə edilib.

Komissiyanın üzvü, “İgid əsgər, möhkəm dayan” , “Vətən çağırır”, ”Cənab leytenant” mahnılarının müəllifi Şahin Musaoğlunun namizədliyi yekdilliklə qəbul edilib.

Qeyd edək ki, bundan öncə Hərbi Vətənpərvərlik Komissiyasının sədri mərhum xalq şairi Zəlimxan Yaqub idi.

Xatırladaq ki, toplantıda, həmçinin, Birliyin Ağsaqqallar Şurasına da yeni sədr seçilib. Xalq şairi Nəriman Həsənzadə mərhum Xalq şairi Vaqif Səmədoğlunu əvəz edib.

 





14.03.2016    çap et  çap et