525.Az

"Peşə-ixtisas təhsili haqqında" da qanunun qəbulu nəzərdə tutulur, amma..."


 

"Peşə-ixtisas təhsili haqqında" da qanunun qəbulu nəzərdə tutulur, amma..."<b style="color:red"></b>

"Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin hazırlanması və qəbulundan sonra təhsillə bağlı daha bir neçə qanun layihəsinin nəzərdə tutulur".

Bunu parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli sözügedən komitənin martın 14-də keçirilən iclasında dilə gətirib.

Onun sözlərinə görə, ümumiyyətlə, bir neçə il öncə "Təhsil haqqında" çərçivə qanunun qəbulu ilə Azərbaycanda gələcəkdə təhsil sahəsində 10-a yaxın qanun layəsinin hazırlanması və qəbulu müəyyən olunub.Komitə sədri deyib ki, onlardan biri də "Peşə-ixtisas təhsili haqında" qanun layihəsidir.

"Biz belə bir qanun layihəsini də hazırlamağı və gələcəkdə onu müzakirələrə təqdim etməyi nəzərdə tuturuq. Ancaq təbii ki, dediyim kimi, "Məktəbəqədər təhsil haqqında" qanunun qəbulundan sonra. Belə bir qanuna da böyük ehtiyac duyulur" - deyə, o əlavə edib.

Kamil HƏMZƏOĞLU

 





14.03.2016    çap et  çap et