525.Az

Multikulturalizm Mərkəzinin Drezden filialında Maslennitsa bayramı - Fotoreportaj


 

Multikulturalizm Mərkəzinin Drezden filialında Maslennitsa bayramı - <b style="color:red">Fotoreportaj</b>

Almaniyanın Saksoniya vilayətinin paytaxtı Drezden şəhırində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Drezden filialının və Kolibri Uşaq Mərkəzinin birgə təşkilatçılığı ilə Maslennitsa bayramı keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Maslennitsa Rusiyada 10-cu əsrdə xristianlıq qəbul edilməsindən sonra da saxlanılan slavyandilli xalqların ən qədim bayramlarından biridir.

Tədbirdə Drezden şəhərinin rəhbərliyi, müxtəlif xalqlardan olan yerli sakinləri, şəhər ziyalıları, universitetlərin müəllim və tələbələri, gimnaziya şagirdləri, KİV nümayəndələri, eyni zamanda Saksoniyanın digər şəhərlərindən gələn qonaqlar iştirak edib.

Tədbir çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialının rəhbəri, almaniyalı alim Bircit Vaysgerber, filialın müşaviri Ağahüseyn Babayevin BBMM-in xaricdəki ilk filialı ilə bağlı möhtəşəm təqdimatı qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Qonaqlara Kolibri uşaq musiqi qrupu tərəfindən hazırlanmış musiqili, bədii-əyləcəli proqram təqdim olunub.

Həmçinin qonaqlar “ən dadlı fəsəli“ hazırlamaq müsabiqəsində də iştirak ediblər.

Qaliblərə hədiyyələr verilib, iştirakçılar ənənəvi slavyan şirniyyatına qonaq edilib.

 





14.03.2016    çap et  çap et